Aparıcı İlqar Mikayıloğlu və həyat yoldaşı Zülfiyyə Bayramova birlikdə veriliş aparacaqlar.
Axşam.az-ın əldə etdiyi məlumata görə, onlar yeni mövsümdə ARB TV-də tamaşaçıların qarşısına çıxacaqlar.
İlqar və Zülfiyyə səhər verilişinə aparıcılıq edəcəklər.
Qeyd edək ki, İ.Mikayıloğlu bundan əvvəl Real TV-də çalışırdı. Olay.az onun kanaldan ayrıldığı məlumatını yazıb.
ARB TV-də ötən mövsüm səhər proqramını Zümrüd Bədəlova aparırdı.
Şərhlər