Xəbər lenti

İlqar Məmmədovun “REAL ləğv olunma təhlükəsi ilə üzləşib” fikri... - Natiq Cəfərli
Siyasət 17:10 07.03.2023

İlqar Məmmədovun “REAL ləğv olunma təhlükəsi ilə üzləşib” fikri... - Natiq Cəfərli

"REAL-ın üzvləri tələb olunan normanın yarısından da çoxdur. Bu, problem deyil, məsələ ondan ibarətdir ki, biz bu qanun layihəsinin özünün əleyhinəyik”.

Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının icra katibi Natiq Cəfərli İlqar Məmmədovun "REAL partiyası ləğv olunma təhlükəsi ilə üzləşib” fikirlərinə münasibət bildirərkən deyib. Natiq Cəfərli vurğulayıb ki, İlqar Məmmədovun bu fikirləri qanun layihəsinə etiraz olaraq bildirib:   

"Hökumət sanki Kommunist Partiyası qurmaq istəyir. Onlar istəyir bütün partiyalar Kommunist Partiyasına oxşasın. Yəni, biz kütləvi partiya olmağı heç vaxt istəməmişik. Kütləvi partiyalar dünyada da yoxdur, getsinlər öyrənsinlər ki, Britaniyada Leyboristlər Partiyası, Konservatorlar, Amerikada Demokratların və yaxud da Respublikaçıların neçə üzvü var? Onların üzvü yoxdur. Onların seçicisi və maliyyələşdirən şəxslər, Mərkəzi Aparatın işçiləri var, onların üzvülük strategiyaları yoxdur. Siyasi partiya üzv deyil, səs qazanmalıdır”. 

Natiq Cəfərli qanun belə qəbul edilibsə, o zaman onun tələblərinə uyğun olaraq fəaliyyətlərini qurub və yaxın bir-iki ay ərzində üzvlük sayını təqdim edəcəklərini bildirib.

Partiya sədri İlqar Məmmədov bildirib ki, yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında REAL partiyasının dövlət qeydiyyatı ləğv ediləcək.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->