Xəbər lenti

İlqar Məmmədov parlament seçkisinə qatılacağı dairəni elan etdi
Siyasət 20:05 11.05.2024

İlqar Məmmədov parlament seçkisinə qatılacağı dairəni elan etdi

"Dünən bir neçə xəbər saytı "qırğın” anonsu verərək, guya Bakının Xətai rayonundan Milli Məclisə namizəd olacağımı yazıb. Keçən dəfə orda İqbal Ağazadə - Rauf Arifoğlu yarışı heç-heçə ilə bitdi: dairənin nəticəsi ləğv olundu, yenisi keçirilmədi. Onların eyni yarışa yenidən girəcəyi yazılır”.

Modern.az xəbər verir ki, bunu ReAl Partiyasının sədri İlqar Məmmədov avqust-sentyabr aylarında keçirilməsi planlaşdırılan parlament seçkiləırində iştirakı barədə deyib.

İ.Məmmədov bildirib ki, İqbal Ağazadə - Rauf Arifoğlu yarışının gözlənildiyi dairədə onun da namizəd olacağı haqda deyilənlər bəzi müəlliflərin qurduğu dayaz hekayədir.

"Həmin məqalələrin sifarişçisi məndən söz almaq istəyir, halbuki qərarlarımız tam şəffafdır və aşağıda bunu bir daha xatırladıram.

Ötən ilin noyabrından başlayaraq 1000-dən çox adamın qatıldığı, üç dövrədən ibarət hazırlıq sorğuları keçirdim. Əvvəlcə, Teleqram kanalımın oxucularından xahiş elədim ki, Bakı və Sumqayıtda yerləşən dairələrdən birini mənə tövsiyə eləsinlər. O sorğuda 24 dairə seçildi. Növbəti sorğuda 24-ün arasından 10 dairə seçdik. Sonuncu - üçüncü sorğu bu ilin fevralında idi. Nəticəsinə əsasən, siyahımda cəmi 6 dairə qaldı: №8 Binəqədi, №15 Yasamal, №17 Yasamal, №19 Nərimanov, №22 Nəsimi-Yasamal, №35 saylı Xətai.

Bunlar arasında seçmək daha da çətin idi. Hərəsində ayrı bir üstünlük görürük. Axırda ReAl Siyasi Komitəsi belə tövsiyə elədi ki, №22 Nəsimi-Yasamal dairəsi resurslarımızın idarə olunması baxımından ən düzgün variantdır.

Bu haqda elanı hələ aprelin 4-də yaymışdıq. Yekun qərar da yəqin ki, o cür olacaq. Partiyamızda Nizamnaməyə əsasən, son qərarı Siyasi Komitə verir. Odur ki, 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə namizəd olmağımın ehtimalı ən yüksəkdir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->