Xəbər lenti

İlon Maskın şirkəti Azərbaycanda fəaliyyətə başlayır
Ekonomiks 19:00 30.12.2022

İlon Maskın şirkəti Azərbaycanda fəaliyyətə başlayır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Starlink Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb.

"Report" xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 15, mənzil 140, nizamnamə kapitalı 100 ABŞ dolları, qanuni təmsilçisi isə Lauren Ashley Dreyerdir.

Xatırladaq ki, "Starlink" ABŞ-ın "SpaceX" şirkətinə məxsus internet xidmətidir. Onun təsisçisi məşhur iş adamı, elektromobil istehsalı ilə məşğul olan "Tesla" şirkətinin də sahibi İlon Maskdır. Bakıdakı təmsilçi isə "SpaceX"də 2006-cı ildən işləyir, biznes əməliyyatları üzrə baş direktordur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->