Amerikanın kosmik texnologiya şirkəti "SpaceX" dronları idarə etmək üçün Ukrayna ordusunun Starlink peyk rabitəsinə çıxışını məhdudlaşdırıb.
Qaynarinfo "Reuters"ə istinadla xəbər verir ki, bu barədə şirkətin prezidenti Qvin Şotvel
bildirib. O, izah edib ki, şirkət Ukrayna ordusunun "SpaceX" texnologiyasından hücum zərbələri üçün istifadə etməsini istəmir.
"Starlink" silah olmaq üçün nəzərdə tutulmayıb" , deyə Şotvel bildirib.
O aydınlaşdırıb ki, Ukrayna ilə müqavilə "SpaceX" avadanlığının istifadəsi üçün yalnız humanitar məqsədləri nəzərdə tutur.
Xüsusilə, şirkətin terminalları Ukrayna xəstəxanalarını, banklarını və cəbhə xəttini rabitə ilə təmin etməyə kömək edib. Bununla belə, "Starlink"in pilotsuz təyyarələr üçün istifadəsi müqavilənin əhatə dairəsindən kənardadır, deyə o qeyd edib.
Alpər
Şərhlər