İŞİD və Mali ordusu arasında baş verən qarşıdurmada azı 28 nəfər ölüb.
Qaynarınfo bu barədə "Reuters"ə istinadən xəbər
verir.
Hadisə Mali, Burkina Faso və Niger Respublikası arasındakı sərhəddə yerləşən Tesit şəhərində baş verib.
Mali ordusundan verilən açıqlamada bildirilir ki, ölkənin hərbi qüvvələri ilə İŞİD terrorçuları arasında qarşıdurma baş verib. Hadisə nəticəsində ən azı 17 əsgər və 4 mülki vətəndaş həlak olub. Bu rəqəmin artma ehtimalının olduğu da bildirilib.
İŞİD terrorçularından isə 7 nəfər məhv edilib.
Qeyd edək ki, İŞİD-in İraq və Suriyada süqutundan sonra bu qrupun bir çox üzvü Efiopiya, Sudan və Mali kimi Afrika ölkələrinə qaçaraq, yerləşıblər.
M.Arif
Şərhlər