Xəbər lenti

İcazəsiz bostana girdilər, 2.76 manatlıq qarpız yedilər - Məhkəməlik oldular
Ölkə 13:36 24.08.2024

İcazəsiz bostana girdilər, 2.76 manatlıq qarpız yedilər - Məhkəməlik oldular

Azərbaycanda iki dost bostandan icazəsiz dərib yedikdələri 2 ədəd qarpıza görə məhkəməlik olublar. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Şərur rayonunun Mahmudkənd ərazisində baş verib. 

Belə ki, 1982-ci il təvəllüdlü C.B. və 1984-cü il təvəllüdlü V.D. Mahmudkənd ərazisində yerləşən bostana gedərək, çəkisi 4,10 və 5,10 kiloqram olan iki qarpızı icazəsiz dərərək yeyiblər. 

Bostan sahibi hər iki şəxslə bağlı polisə müraciət edib və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunub. İşə məhkəmədə baxılıb və bostan sahibinə ümumulikdə 2 manat 76 qəpiklik dəyən ziyan ödənilib. 

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh edilməsinə dair iş üzrə icraata xitam verilib. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə 1600 saatdan 2400 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 3 ayadək müddətə inzibati həbs tətbiq edilir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->