İsveçli hücumçu Zlatan İbrahimoviç Romelu Lukaku ilə uzun müddətdir davam edən söz davasının hələ bitmədiyini deyib.
Qaynarinfo xəbər verir ki, o və "Mançester Yunayted"dəki keçmiş komanda yoldaşı ötən il Milan derbisində etdiyi mübahisə hələ "soyumayıb". Bütün dünyanın diqqətini çəkən şiddətli söz atışması zamanı bir-birilərini təhqir etdikdən sonra İbrahimoviç qırmızı vərəqə ilə meydandan qovulmuşdu. "Milan"la müqaviləsini daha bir il uzadan 40 yaşlı hücumçu hadisədən sonra Belçika millisinin üzvü olan həmkarını bağışlamadığını bildirib.
İbrahimoviç "Adrenalin" adlı yeni kitabında mövzu ilə bağlı aşağıdakı ifadələrdən istifadə edib:
"Ona deyirəm ki, get anana de, sənin üçün "vudu" sehri etsin. Birinci hissə bitəndə Lukaku məni tuneldə "başına üç güllə vuracağam” deyə hədələdi. O, məni incitmək üçün bir növ "vudu" ritualını yerinə yetirə bilərdimi? Lukaku pis insan deyil, amma məndən üz döndərdiyi üçün ciddi səhv etdi. Mənə dediyi sözləri özünə "yedirəcəyəm".
Səbuhi Həsənov
Şərhlər