Xəbər lenti

Husilərin raketi İsrail və ABŞ-ın yüksək texnologiyalı radarından necə yayınıb?
Dünya 10:27 02.10.2024

Husilərin raketi İsrail və ABŞ-ın yüksək texnologiyalı radarından necə yayınıb?

Bazar günü səhər Husilərin atdığı raket İsrailin qabaqcıl aşkarlama sistemlərindən yayınıb. Raketin vaxtında aşkar edilib-edilmədiyi və "Arrow" sisteminin niyə planlaşdırıldığı kimi onun qarşını kəsmədiyi hələ də aydın deyil.

Bazar günü səhər Husilərin raketi İsrailin qabaqcıl aşkarlama sistemlərindən yayınıb. Qabaqcıl sistemlərə baxmayaraq, raket İsrailin hava məkanının üzərindən keçəndən sonra vurulub və bu, mövcud təhlükəsizlik sistemlərində potensial uğursuzluqlar barədə suallar doğurub.

Qaynarinfo xəbər verir ki, Husilərin öz ballistik raket sənayesi yoxdur. Onların bütün ehtiyatı İrandan gəlir. Yəməndə "Tufan" kimi tanınan silah mahiyyətcə İranın "Qədir" raketidir, özü də "Şahab-3"ün inkişaf etmiş versiyasıdır. 25 ildir ki, "Arrow" sistemi onu tutmaq üçün hazırlanıb və təkmilləşdirilib.

Raketin uçma məsafəsi 2000 km-dir ki, bu da Yəməndən İsrailə çatması üçün kifayət edir. Raketin hədəfi əvvəlcədən müəyyən edilir və uçuş zamanı kursunu dəyişdirə və ya düzəldə bilməz. 

Yəmənin şimalından raketin İsrailin mərkəzinə çatması üçün cəmi 12-15 dəqiqə lazımdır. Onun buraxılışdan əvvəl çəkisi 15-17 ton qiymətləndirilir, lakin döyüş başlığının özü təqribən 650 kq ağırlığındadır. Bu, təsir sürəti ilə birlikdə mülki və həmçinin yüngül mühafizə olunan hərbi strukturlara ciddi ziyan vura bilən əhəmiyyətli partlayıcı yükdür.

Belə bir raket üçün aşkarlama mərhələləri var. Raket buraxılış üçün yerləşdirilirsə, deməli, potensial buraxılış yerlərini izləməli olan İsrail və ABŞ-ın müşahidə peykləri üçün görünən açıq ərazidədir. Raket atılan zaman onun mühərrikindən yaranan intensiv istilik ABŞ-ın peyk raket xəbərdarlığı şəbəkəsi tərəfindən müəyyən edilir və bu məlumat İsrail Müdafiə Qüvvələrinə ötürülür. 

Bir neçə radar sistemləri raketi İsrailə doğru trayektoriyasında olarkən aşkar edib izləməlidir.

Bunlara Qırmızı dənizdəki ABŞ və İsrail donanmasının radarı, Raytheon tərəfindən istehsal olunan və Negevdə yerləşən, Amerika qoşunları tərəfindən idarə olunan uzun mənzilli X diapazonlu radar və nəhayət "Arrow" sistem radarı daxildir.

Raketin vaxtında aşkar edilib-edilmədiyi və planlaşdırıldığı kimi niyə "Arrow" sistemi tərəfindən tutulmadığı hələ də aydın deyil. Ehtimal edilir ki, qurğu nasaz olub. Amma rəsmi söz deyən yoxdur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->