Xəbər lenti

Husilər Rusiya və Çinin gəmilərinə hücum etməyəcəklərinə söz verdi
Dünya 14:55 19.01.2024

Husilər Rusiya və Çinin gəmilərinə hücum etməyəcəklərinə söz verdi

Husilər İsraildən başqa bütün ölkələrdən gəmilərin təhlükəsiz keçidini təmin etməyə hazırdırlar. Xüsusilə, təhlükəsizlik zəmanətlər Rusiya və Çindən olan gəmilərə aiddir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Yəməndə fəaliyyət göstərən "Ənsar Allah” (husilər) qruplaşmasının siyasi bürosunun üzvü Məhəmməd əl-Beheyti Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

Məhəmməd əl-Buheyti bildirib ki, "Ənsar Allah” Qırmızı dənizdə İsrail və Qərb gəmilərinə hücumları yalnız Qəzza zolağında müharibə bitdikdən sonra dayandıracaq. "Hərbi komponentdən danışsaq, İsrail gəmilərinin və ya hər hansı şəkildə İsraillə əlaqəsi olan gəmilərin Qırmızı dənizdən keçmək üçün zərrə qədər imkanları olmayacaq”, deyə "Ənsar Allah”ın Siyasi Bürosunun üzvü deyib.

"Rusiya və Çin də daxil olmaqla, bütün digər ölkələrə gəlincə, onlar üçün regionda təhlükə yoxdur. Üstəlik, biz onların gəmilərinin Qırmızı dənizdə keçidinin təhlükəsizliyini təmin etməyə hazırıq, çünki sərbəst naviqasiya ölkəmiz üçün mühüm rol oynayır”, deyə Məhəmməd əl-Buhaiti bildirib. 

O, həmçinin qeyd edib ki, husilər ABŞ və Böyük Britaniyanın işğalı da daxil olmaqla, gəmilərə hücumlardan sonra hadisələrin inkişafı üçün bütün variantları nəzərdən keçirirlər.

Xatırladaq ki, husilər İsraillə Fələstinin HƏMAS qruplaşması arasında gedən müharibə səbəbindən dekabr ayından etibarən Qırmızı dənizdə gəmilərə zərbələr endirir. Husilər bildirirlər ki, onlar yalnız İsraillə əlaqəli gəmilərə hücum edirlər. Bu gün, yanvarın 19-da yerli "Al Masirah” telekanalı Yəmən hərbçilərinə istinadən xəbər verib ki, husilər Ədən körfəzində ABŞ-ın "Chem Ranger” tankerinə hücum ediblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->