Ənsar Allah hərəkatının nümayəndəsi Yəhya Sari bildirib ki, husilər ABŞ və Böyük Britaniyanın Yəməndəki hava hücumlarını cavabsız qoymayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Husi sözçüsünün sözlərinə görə, zərbələr Yəmənin paytaxtı Sənada, eləcə də husilərin yerləşdiyi digər ərazilərdə üsyançıların mövqelərinə endirilib. O əlavə edib ki, hərəkat bu hava hücumlarını cavabsız qoymayacaq.
"Hücumlar bizi Qəzza zolağında Fələstin xalqına dəstəyi dayandırmağa məcbur etməyəcək", deyə Sari bildirib.
Aydın
Şərhlər