Xəbər lenti

Hindistan G20-yə beynəlxalq şirkətlərin vergi payını artırmağı təklif edəcək -
Dünya 18:50 16.07.2023

Hindistan G20-yə beynəlxalq şirkətlərin vergi payını artırmağı təklif edəcək - "Reuters"

Hindistan hökuməti yeni beynəlxalq vergi sxeminin bir hissəsi kimi beynəlxalq şirkətlərin artıq mənfəət əldə etdikləri ölkələrə ödəməli olduğu vergilərin payını artırmaq təşəbbüsü hazırlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" Hindistan hökumət mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr agentliyə bildiriblər ki, Hindistan G20-də yeni tədbirə dəstək qazanmaq niyyətindədir.

"Reuters”in məlumatına görə, bununla Hindistan izafi mənfəətin vergiyə cəlb edilməsi hüquqlarından böyük pay almağı planlaşdırır. Mənbələr təklif olunan artımın nə qədər olduğunu dəqiqləşdirməyib, lakin qeyd edib ki, söhbət "əsaslı” dəyişikliklərdən gedir.

Təklif İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına göndərilib. Təşəbbüsün G20 toplantısında nəzərdən keçirilməsi planlaşdırılır. Assosiasiyanın növbəti tədbiri iyulun 17-18-də Hindistanda keçiriləcək G20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin sammitidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->