Xəbər lenti

Hikmət Babaoğlu: “Laçın yolundakı aksiyaya deputatlar da qoşula bilər”
Siyasət 10:49 17.12.2022

Hikmət Babaoğlu: “Laçın yolundakı aksiyaya deputatlar da qoşula bilər”

"Azərbaycanın QHT və vətəndaş cəmiyyəti institutlarının Şuşa-Xankəndi yolunda həyata keçirdikləri aksiya siyasi məqsəd daşımır. Bu aksiya Azərbaycanın təbiətinə, flora və faunamıza vurulan ziyanlarla bağlı iqtisadi cinayətkarlıq törədən subyektlərin əməllərinin qarşısının alınmasına yönəlib”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Azərbaycanın ərazisinin 14 faizi təqribən meşə örtüyü altındadır:

"Sərvətlərimizi talan edən iqtisadi cinayətklarlar yüzlərlə hektar ərazidə meşə örtüyünü qırıb, dağıdıblar. Ətrafdakı bitkilərə, o cümlədən canlılara ziyan vurublar. Bu isə nəticə etibarı ilə Azərbaycanın ərazisində formalaşan su ehtiyyatlarının yaranmasına çox böyük zərbə vurub. Hesablamalar göstərir ki, son illərdə ermənilərin təbiətimizə vurduğu ziyan nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazisində formalaşan su ehtiyyatlarımız 17% azalıb. Əgər belə davam edərsə azalma daha çox ola bilər. 21-ci əsrdə ən ciddi resurs hesab olunan su ehtiyyatlarının daha da azaldılmasına gətirib çıxarda bilər”. 



Hikmət Babaoğlunun sözlərinə görə, eyni zamanda ermənilər xarici ölkə şirkətləriini də cəlb etməklə Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərirlər: 

"Bu da özlüyündə bir qanun pozuntusudur. Ona görə də Azərbaycanın vətəndaş cəmiyyəti institutları haqlı tələblərlə cıxış edirlər. Hər şeydən öncə biz monitorinqlər apararaq öyrənməliyik ki, Azərbaycanın "Qızıl qaya”, "Dəmirli” yataqlarında bizə nə qədər zərər vurulub və buna görə məsuliyyəti kim daşıyır? Düşünürəm ki, aksiya iştirakçılarının tələbləri haqlıdır. Burada məqəsəd siyasi yox, Azərbaycanın öz ərazisində bizə qarşı törədilən iqtisadi cinayətin qarşısının alınmasıdır, eyni zamanda təbiətimizə, ekologiyamıza vurulan zərərin müəyyənləşdirilməsidir”. 

Deputat Milli Məclis üzlərinin də aksiyaya qatıla biləcəyini vurğulayıb:

"Milli Məclisdə ekoloji sahə üzrə ixtisaslaşmış komitə fəaliyyət göstərir. Onlar da mütəxəssi qismində bu prosesdə iştirak edə bilərlər, ammma bütün hallarda hələlik bizim ekoloqlarımız və QHT bu işin öhədisndən layiqincə gəlməyi bacarırlar”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->