Xəbər lenti

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsi artdı
Ekonomiks 11:30 08.10.2024

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsi artdı

Heydər Əliyev Beynəlxalq Aeroportu öz inkişafını davam etdirərək regionun aparıcı aviasiya qovşağı kimi mövqeyini gücləndirir.

Qaynarinfo xəbər verir ki, 2024-cü ilin ilk 9 ayında hava limanı 5,725 milyon sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur (4,305 milyon sərnişin).

Bu göstəricilər Bakı hava limanının həm regional, həm də beynəlxalq səviyyədə əhəmiyyətini artırır, müasir və rahat səyahət imkanlarının genişlənməsini nümayiş etdirir.

Daha çox reys – daha çox seçim imkanı

Bu müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 40 aviaşirkət tərəfindən 80-dən çox istiqamətə ümumilikdə 45 205 reys yerinə yetirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% artım deməkdir. Genişləndirilən marşrutlar sərnişinlərə daha çox səyahət seçimləri təqdim edərək onların ümumi təcrübələrini təkmilləşdirib.

Beynəlxalq istiqamətlərdə sərnişinlərin 52%-i və ya 2,680 milyon nəfəri məhz xarici aviaşirkətlərin xidmətlərindən istifadə edib. xarici aviaşirkətlərin xidmətlərindən istifadə edib. Ən populyar beynəlxalq istiqamətlər arasında İstanbul, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi və Dehli şəhərləri üstünlük təşkil edib. Bu istiqamətlər üzrə ümumilikdə 2,539 milyondan çox sərnişin daşınıb.

Milli aviadaşıyıcının uğurları 

Azərbaycanın milli aviadaşıyıcısı da 2024-cü ilin ilk 9 ayı ərzində beynəlxalq arenada öz mövqeyini gücləndirərək uğurlu nəticələr əldə edib. AZAL-ın ümumi sərnişin dövriyyəsi 41% artaraq 3,054 milyonu keçib. Onlardan 2,467 milyonu beynəlxalq marşrutlarla daşınıb.

Naxçıvan istiqaməti isə artan uçuş tezliyinə qarşı sabit tələbat nümayiş olunub. 2024-cü ilin 9 ayında bu marşrut üzrə sərnişin axını cəmi 6% artaraq 567 min nəfərə çatıb. Uçuşların sayı isə həmin dövr ərzində 28% artıb və 2651 reys yerinə yetirilib. Bakı-Naxçıvan istiqamətində hazırda orta hesabla gündəlik 12 reys təşkil olunur ki, bu da sərnişinlər üçün səyahət planlaşdırmasında daha çox çeviklik yaradır.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu gələcəkdə də sərnişinlər üçün təhlükəsizlik, rahatlıq və xidmət keyfiyyətini ön planda saxlayaraq innovativ həlləri tətbiq etməyə davam edəcək. Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndirərək hava limanı sərnişinlərə yeni istiqamətlər və daha geniş səyahət imkanları təqdim etməyə çalışır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->