Xəbər lenti

Həkimin burnuna yumruq vurdu... - Məhkəmə qərar verdi
Ölkə 17:26 29.10.2024

Həkimin burnuna yumruq vurdu... - Məhkəmə qərar verdi

Abşeron Rayon Mərkəzi xəstəxanasında həkimin burnuna yumuruq vuran şəxs cəzalandırılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü M.Rəşad adlı şəxs oğlunu qarın sancıları ilə xəstəxanaya aparıb.

O, xəstəxanada Fariz adlı həkimə oğlunun xəstə olduğunu deyib və dərhal müayinə edilməsini tələb edib. Həkim isə xəstəxanada növbənin çox olduğunu və tez bir zamanda xəstəyə ilkin tibbi yardım edə biləcəklərini bildirib. Təqsirləndirilən şəxs yenidən oğlunun növbəsiz USM edilməsini istədiyini deyib. 

Həmin şəxs daha sonra xəstəxana kollektivini "oğlumun vəziyyəti ağırdır, burada nəyə oturmusunuz, buraları dağıdacam" deyərək hədələyib və yumuruqla həkimin burnuna zərbə vurub. 

Məhkəminin qərarı ilə M.Rəşad Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib və 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Aydın 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->