Xəbər lenti

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
Ölkə 11:35 28.06.2024

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin həbs müddəti azaldılıb.

Qaynarinfo xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə onun cəzası 8 il 3 aya endirilib.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->