Xəbər lenti

Harri Keyn Bundesliqada iki rekorda imza atdı
İdman 11:33 25.11.2023

Harri Keyn Bundesliqada iki rekorda imza atdı

Almaniya Bundesliqasının "Köln”lə oyununda "Bavariya”nın ingilis hücumçusu Harri Keyn eyni vaxtda iki rekorda imza atıb.

Qaynarinfo xəbər verir ki, Keyn Almaniya çempionatında bir mövsümdə 18 qol vuran ilk ingilis olub. O, həmçinin Bundesliqa tarixində ilk 12 oyunda 18 qola imza atan ilk futbolçu kimi də tarixə düşüb.

"Bavariya" "Köln"ə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qola 20-ci dəqiqədə Harri Keyn imza atıb.

Qeyd edək ki, Harri Keyn bu yay "Tottenhem"dən "Bavariya"ya 95 milyon avroya transfer olunub. O, Münhen klubu ilə 2027-ci ilin yayına kimi müqavilə imzalayıb. "Transfermarkt" portalının məlumatına görə, hücumçunun bazar dəyəri 110 milyon avrodur. Harri Keyn "Bavariya"da keçirdiyi 17 oyunda 21 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->