Harri Keyn "Bavariya"ya transfer olunduqdan sonra həyat yoldaşı və uşaqlarını tərk etməli olub.
Qaynarinfo-nun məlumatına görə, həyat yoldaşı Keyt və ailəsi onunla Almaniyaya getməyib. "The Daily Mail"in məlumatına görə, 30 yaşlı hücumçu hazırda Almaniyada tək yaşayır. Dördüncü uşaqları Henri dünyaya gəldikdən sonra futbolçu həyat yoldaşının və uşaqların İngiltərədə qalmasına qərar verib.
Keyn "Bavariya"da bu günə qədər meydana çıxdığı dörd matçda eyni sayda qol vurmaqla uğurlu başlanğıc edib. Yeni mühitinə uyğunlaşmağa çalışan britaniyalı futbolçu alman dilini də öyrənir.
Səbuhi Həsənov
Şərhlər