Xəbər lenti

Halanddan Norveçdəki uşaqlara jest
İdman 22:22 04.09.2023

Halanddan Norveçdəki uşaqlara jest

"Mançester Siti”nin norveçli ulduzu Erlinq Haland ölkəsindəki uşaqlarını çox sevindirəcək bir addım atıb. 

Qaynarinfo-nun məlumatına görə, ötən ilə İngiltərə komandası ilə damğasını vuran və bütün kubokları qazanan hücumçu uşaqlara böyük jest edib. O, Norveçin Taym bələdiyyəsinin bütün futbol klublarına hədiyyə paketləri paylayıb.

Haland hər uşağa futbol topu, köynək, şort, futbol çantası və özünün dəstəklədiyi, həmçinin sərmayə qoyduğu bir marka olan "Aquafigure” içki şüşəsi verib. Futbolçunun payladığı hər paket 1500 Norveç kronu, (111 funt-sterlinq) dəyərində olub.

Norveçli ulduz ötən mövsümdə qaldığı yerdən davam edir və Premyer Liqada meydana çıxdığı dörd oyunda altı qol vurub. O, "Fulhem"lə matçda het-trik edib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->