"Mançester Siti”dəki ilk mövsümündə komandasının üç böyük kubok qazanmasında aparıcı rol oynayan Erlinq Haland Kriştiano Ronaldoya heyran olduğunu gizlətməyib.
Qaynarinfo-nun məlumatına görə, futbolçu karyerasının ilk illərində hər zaman portuqaliyalı super ulduzu izlədiyini bildirən norveçli hücumçu Ronaldonun onun inkişafında xüsusi rol oynadığını və superulduza böyük hörmət bəslədiyini bildirib.
Haland "TV 2"yə açıqlamasında "Mən onun cərimə meydançasındakı hərəkətlərinə "YouTube"da baxırdım. O, olmaq istədiyi sahəyə qaçmazdan əvvəl iki-üç hərəkət edərdi. Belə vəziyyətlərdə müdafiəçilərlə duelə girirsən və vaxtı mükəmməl keçirməlisən. Təbii ki, növbəti top da önəmlidir. Yaxşı mövqe seçməsən başınla qol vura bilməzsən. Kriştianonun hərəkətlərini, oyununun inkişafını özümə məxsus şəkildə təhlil etməyə çalışdım. "Real"da oynadığı ilk illərdə onun məhz daha çox hücumçuya çevrildiyini xatırlayırsınız" - sözlərini söyləyib.
Norveç millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsindən sonra uşaqlıq qəhrəmanının karyerasının ən gözəl anlarını izləmək üçün daha çox vaxtı olacaq. Haland Farer Adaları ilə son yoldaşlıq oyununda topuğunun burxuması ilə bağlı müalicəsini davam etdirərkən, Pep Qvardiola oyunçusunun "Liverpul"a qarşı oynaya biləcəyinə ümid edir.
Səbuhi Həsənov
Şərhlər