"Mançester Siti"nin ulduzu Erlinq Haland məşhur "Nike" şirkəti ilə sponsorluq müqaviləsi bağlayıb.
Qaynarinfo-nun məlumatuna görə, bu müqavilə ilə hücumçu "Mançester Siti"dəki maaşından daha çox qazanacaq. Futbolçunun "Nike"la müqaviləsinin müddəti qarşıdakı 4 ili əhatə edəcək. "Nike" futbolçunu "9-cu ilin yeni erası. Erlinq Haland təbiətin gücüdür. Hazırsınızmı?" mesajı ilə ictimaiyyətə elan edib.
Premyer Liqa nəhəngindən ildə 19,5 milyon funt-sterlinq məvacib alan norveçli hücumçunun qazancı yeni sponsorluq müqaviləsinə əsasən ildə 20 milyon funt-sterlinq təşkil edəcək.
Ulduz oyunçu buna qədər "Adidas" və "Puma" ilə əməkdaşlıq edirdi.
Futbolçu bir Çempionlar Liqası matçında 5 qol vuran Lionel Messi və Luiz Adrianonun rekordunu qırıb. O, "Böyük beşlik" liqalarında 30 qola ən tez çatan gənc oyunçu ünvanına da sahibdir. Haaland həm də bu mövsüm Avropada ən çox het-trik edən, həmçinin "Mançester Siti" tarixində bir mövsümdə ən çox qol vuran oyunçudur. Bu mövsüm Premyer Liqada vurduğu qolların sayını 28-ə çatdıran Haland Premyer Liqanın bombardirləri sırasında birincidir.
Səbuhi Həsənov
Şərhlər