"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haland İngiltərə Futbol Yazıçıları Assosiasiyası (FWA) tərəfindən ilin oyunçusu seçilib.
Qaynarinfo-nun məlumatına görə, səslərin 82 faizini toplayan 22 yaşlı oyunçu "Arsenal”ın gənc istedadları Bukayo Saka və Martin Odeqardı qabaqlayaraq zirvəyə yüksəlib.
Cari mövsüm Premyer Liqada 35 qol vuran və bu rekordu qıran Haland, komandasının heyətində ümumilikdə bütün yarışlarda 51 dəfə rəqib qapılarının torunu silkələyib.
İlin ən yaxşı qadın oyunçusu mükafatını "Çelsi"nin hücumçusu Sem Kerr qazanıb.
Səbuhi Həsənov
Şərhlər