"Ankaragücü"nün idarə heyəti Faruk Kocanın istefasından sonra yeni prezidentlərini seçib.
Qaynarinfo-nun məlumatına görə, Superliqa klubunun yeni prezidenti İsmayıl Mert Fırat təyin olunub.
Klubdan verilən açıqlamada fövqəladə toplantı keçirən idarə heyətinin Faruk Kocanın istefa ərizəsini qəbul etdiyi və İsmail Mert Fıratın yekdilliklə seçildiyi bildirilib.
Koca "Rizespor”la oyundan sonra meydana çıxaraq baş hakim Halil Umut Meleri yumruqlamaqla Türkiyə futbolunda böyük qalmaqala səbəb olmuşdu.
Səbuhi Həsənov
Şərhlər