Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu "İnter"lə 4 illik yeni müqavilə imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano yazıb. İtaliya nəhəngi Çempionlar Liqasının finalından sonra bununla bağlı açıqlama verəcək. "İnter" hələ 1 illik müqaviləsi olan yığma üzvü ilə yeni anlaşma əldə edib. Müqavilənin 2027-ci ilə qədər qüvvədə olacağı bildirilib.
Hakan Çalhanoğlu da "İnter"lə yeni müqavilə ilə bağlı anlaşdıqlarını açıqlayıb. O, "Burada xoşbəxtəm. Burdan getmək fikrində deyiləm. Yaxın günlərdə imza atacağam" - sözlərini söyləyib.
Çalhanoğlu 2021-ci ildən Milan təmsilçisinin formasını geyinir
Səbuhi Həsənov
Şərhlər