Xəbər lenti

Hafiz Hacıyev:
Siyasət 18:24 14.09.2024

Hafiz Hacıyev: "İlqar Məmmədov seçkini qəbul etmirsə, Erkin Qədirli də istefa versin”

"İlqar Məmmədovun sədrlikdən istefası səhv siyasətinin nəticəsidir”. 

Bunu Qaynarinfo-ya Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib. 

Sədr həmkarının istefasının səbəblərini belə izah edib:

"İlqar Məmmədov həbsdən çıxanda 300 min manat yaxın pul alanda bilmirdi ki, bunun nəticəsi sonda belə olacaq? Gözü qıpık oldu, getdi hakimiyyətin müəyyən dairələrinə qoşuldu. Bunun aqibəti də belə olmalı idi. Deyir seçkiləri qəbul etmirəm. Elkin Qədirli də REAL-dan mandat alıb. Erkin Qədirli niyə demir ki, mən də seçilməmişəm, təyin olunmuşam. Partiya sədri əgər bu seçkiləri qəbul etmirsə, o zaman Erkin Qədirli də istefa versin”.

Digər partiya sədrlərinin istefa bəyanatına gəlincə, Hafiz Hacıyev onlara tələsik qərar verməməyi tövsiyyə edib:

"Pənah Hüseyn deyir ki, deməmişəm ki, istefa verəcəm. Mirmahmud ağa da sentyabrın 15-dən sonra qərarını açıqlayacaq. Partiya sədrləri ümidsizdir. Ona görə ki, onlar əlini həmişə dövlətə uzadıb. Dövlət müəyyən məqamalarda onlara vəd verib, bu gün isə aqibətləri ortadadır. Mən bunu düzgün hesab etmirəm. Deyirlər ki, gənclərə yol veririk, onların hamısı itdən qorxanlardır. Onlar bu dövlətin müdafiəsinə qalxan insanlar deyil. Partiyalar arasında müzakirələr gedir. Bu dövlət bizimdir, ondan inciməyə dəyməz. Bu cür olmamalıdır".

Sədr rəhbərlik etdiyi partiyadan 13 namizədin seçkidə iştirak etdiyini vurğulayıb:

"Onlardan 3-ü qeydə alındı, yerdə qalanlar isə qeydiyyatdan kənar qaldı. Şəxsən mən seçkiyə qatılmadım, ona görə ki, mənə yarış üçün böyük meydan lazımdır. Rəqiblərim də güclü olmalıdır. Baxdım ki, namizədlər arasında güclü rəqib yoxdur, ona görə də namizədliyimi vermədim”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->