Xəbər verdiyimiz kimi, Əli Şərbətov Məşədi Dadaş Məscidinə imam təyin edilib.
Yeniavaz.com xəbər verir ki, o, təyinatı ilə bağlı "Qafqazinfo”ya açıqlama verib.
İmam bildirib ki, Hacı Şahinlə münasibəti çox yaxşı olub:
"Onun itkisi hələ də bizə ağır təsir edir, böyük itkidir. Doğrusu, onun xatirəsinə görə bir az tərəddüd edirdim, amma məsləhət oldu, gəldim... Ona hörmətimiz sonsuzdur”.
O əlavə edib ki, köhnə icma ilə tanış olacaq:
"Ola bilsin ki, çoxları gəlməyəcək, başqa işləri var. Yeni icma qurmaq məsləhət olacaqsa, o da qurular. İş prosesində müəyyən olunacaq, mən indi heç nə deyə bilmirəm”.
Əli Şərbətov qeyd edib ki, imam olaraq artıq bu cümə vəzifəsini icra edəcək.
Xatırladaq ki, Məşədi Dadaş məscidinin əvvəlki imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.
Şərhlər