"Mançester Siti"nin hücumçusu Erlinq Haalandın atası Alf-İnqe Haaland son aylarda oğlunun gələcəkdə İspaniya çempionatının aparıcı klublarından birinə transferi üzərində işləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə sport.es yazıb.
Nəşrin məlumatına görə, norveçli forvard "Real Madrid" və ya "Barselona"ya keçə bilər. Bildirilir ki, hazırda Haalandın atası Madrid komandası ilə daha etibarlı münasibət qurub. İlin əvvəlində klub rəhbərliyi ona fransalı hücumçu Kilian Mbappenin yayda komandaya qoşulacağını bildirmişdi.
Erlinq Haaland ötən mövsüm İngiltərənin "Mançester Siti"sinin ən yaxşı oyunçusu seçilib. O, 52 matçda iştirak edib, bütün yarışlarda 52 qol vurub və 9 məhsuldar ötürmə verib. Bu, norveçlinin İngiltərə Premyer Liqasında debüt mövsümü idi. Cari mövsümdə bütün yarışlarda 34 dəfə forma geyinən Erlinq 29 qola imza atıb və 6 məhsuldar ötürmə edib.
2023-cü ildə Haaland "Ballon d'Or"a ilk üç iddiaçıdan biri olub. Final səsverməsində norveçli hücumçu yalnız dünya çempionatının qalibi Lionel Messiyə uduzub.
Aydın
Şərhlər