Güneyli milli fəal Behnam Şeyxi məhkəməyə çağırııb.
Qaynarinfo xəbər verir ki, bu barədə milli fəallar sosial mediada paylaşım ediblər.
Ona İran məhkəməsinin elektron sistemi vasitəsilə çağırış göndərilib. Behnam Şeyxidən 10 gün ərzində Tehranın Baharistan bölgəsinin İnqilab Prokurorluğuna getməsi istənilib. Milli fəal deyilən vaxtda qurumun Məhkəmə Hökmlərinin İcrası İdarəsinin 2-ci bölməsində olmalıdır.
Qeyd edək ki, Behnam Şeyxi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri qanuni qrup formalaşmasında iştirak etmək" ittihamı ilə 10 il həbs cəzası və Xuzistan əyalətinə iki il sürgün cəzasına məhkum edilib.
Bu cəza Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.
O, 2020-ci il iyulun 21-də Tehrandakı iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Evin həbsxanasına köçürülüb.
Şeyxi bir il həbsdə qaldıqdan sonra Məscid Süleyman şəhərində iki illik sürgünə göndərilmək şərti ilə vaxtından əvvəl həbsdən buraxılıb.
Şərhlər