Xəbər lenti

Gülyanaq Məmmədova:
Maqazin 14:03 09.12.2023

Gülyanaq Məmmədova: "Sarsılmışam, danışa bilmirəm" (FOTO)

"Onunla nəfəs alırdım, canım-ciyərim idi. Qayınana yox, mənə ana olub. Xəbərdən sarsılmışam, danışa bilmirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova qayınanasının ölümündən danışarkən deyib. 

Sənətçi qayınanasının Türkiyədə dünyasını dəyişdiyini bildirib:

"Qaynanam həkim idi, Türkiyədə yaşayırdı. Cənazəsini səhərə yaxın gətirdik. Bilet almışdıq, yoldaşım dedi ki, "gedirəm anamı gətirəcəm, burada yanımızda olsun". Qoymayacağdıq qayıtmağa. Dekabrın 8-də burada olmalı idilər, amma günorta vəziyyəti pisləşib, elə yoldaşımın qucağında dünyasını dəyişib. Dializ olunsaydı, yaşayacaqdı. Neylədiksə, onu dializə razı sala bilədik, dedi qorxuram. Həkim olsa da, dializdən qorxdu".

Xalq artisti qayınanasının dəfninə Türkiyədən çoxlu həkimlərin gəldiyini vurğulayıb. 

Qeyd edək ki, Xalq artisti Gülyanaq Məmmədovanın ailəsində ağır itki üz verib. Sənətçinin qayınanası 79 yaşında dünyasını dəyişib. 

Bahar Rüstəmli
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->