Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri zamanı iki ölkənin sənət adamlarının iştirakı ilə konsert keçirildi.
Bu barədə Qaynarinfo-ya Xalq artisti Gülyanaq Məmmədova məlumat verib. Onun sözlərinə görə, konsert proqramında hər iki ölkənin dövlət başçıları və xanımları iştirak edib:
"Azərbaycan və Özbəkisan səfəri zamanı iki ölkə arasında dostluq konserti iki saatdan çox davam etdi. Azərbaycan sənət adamları ilə Özbəkistanın sənət adamları birgə duetlər ifa edib, əsərlər səsləndirdilər. Özbəkistanda Azərbaycan musiqisini çox sevirlər".
Gülyanaq Məmmədova tədbirdə Polad Bülbüloğluna Özbəkistanın Xalq artisti, Fərrux Kərimoviç Zakirova Azərbaycanın Xalq artisti fəxri adı verildiyini diqqətə çatdırıb:
"Hər iki sənət adamlarına verilən fəxri adla bağlı təqdimat keçirildi. Bu tədbirdə də hər iki ölkənin mədəniyyət nazirliyi və səfirliklərin nümayəndələri, eləcə də sənət adamları iştitak etdi. Özbək xalqı bizi çox gözəl qarşıladı, Azərbaycana olan sevgisinin, musiqimizə olan heyranlığın şahidi olduq".
Tədbirdən sonra qonaqlara böyük bir ziyafət verilib.
Bahar Rüstəmli
Şərhlər