Xəbər lenti

Güləşçilərimiz Antalyada beynəlxalq turnirdə yarışacaq
İdman 14:44 05.05.2022

Güləşçilərimiz Antalyada beynəlxalq turnirdə yarışacaq

Güləş üzrə U-20 yığmalarımız Türkiyədə təlim-məşq toplanışı keçir.

Qaynarinfo xəbər verir ki, hər 3 güləş növü üzrə komandamız aprelin 26-dan Türkiyə millisiylə birgə hazırlıq prosesinə start verib.
 
İki həftəlik toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılıb.Toplanış iyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq U-20 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
 
Yunan-Roma güləşçilərimiz böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Boluda hazırlıq keçir. Heyətdə Fərid Sadıxlı (55 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 60 kq), Ziya Babaşov, Təvəkgül Həziyev, Fərid Baxışlı (hamısı 63 kq), Kənan Abdullazadə, Fərid Xəlilov (hər ikisi 67 kq), Urfan Həsənli, Qurban Qurbanov,Ruslan Nurullayev (hamısı 72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq), Laçın Vəliyev (87 kq) və Heybulla Qistarov (130 kq) yer alıb.
 
Yığmalarımız mayın 13-dən 15-dək Antalyada keçiriləcək "Çempionlar” turnirində çıxış etdikdən sonra Vətənə qayıdacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->