Litvada keçirilən prezident seçkilərinin ikinci turunda Gitanas Nauseda qalib gəlib.
Qaynarinfo "Delfi”yə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bütün 1895 seçki məntəqəsində bülletenlərin hesablanmasından sonra Gitanas səslərin 74,43 faizini
toplayıb.
Nausedanın rəqibi, baş nazir İnqrid Şimonite seçicilərin 24,06%-i tərəfindən dəstəklənib. Seçkilərdə seçici fəallığı 49,61 faiz təşkil edib.
Nausedanın sözlərinə görə, onun yeni prezidentlik müddətinin məqsədi sosial dövlət quruculuğu, eləcə də xarici siyasət və təhlükəsizlik sahəsində aktiv iş olaraq qalır.
Gitanas Nauseda 2019-cu ildən Litvanın prezidenti vəzifəsində çalışır. Nauseda Rusiyanın işğalına qarşı mübarizədə Ukraynanı dəstəkləyir, həmçinin Rusiya sərhədlərində NATO qoşunlarının mövcudluğunun artırılmasının tərəfdarıdır.
Nizami Bağırov
Şərhlər