Xüsusi hərbi əməliyyat zonasındakı Birləşmiş Qüvvələr Qrupunun keçmiş komandiri Sergey Surovikin Əlcəzairdə ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə VÇK-OQPU Telegram kanalı məlumat
yayıb.
Bir gün əvvəl bloger, hərbi müxbir Sergey Kolyasnikov Telegram-da Surovikinin fotosunu dərc edərək generalın uzaqda olduğunu, xaricə getdiyini irəli sürüb. Fotoda onun iclas zalında olduğu görünür.
VÇK-OQPU-nun məlumatına görə, şəkil Əlcəzairin hərbi rəhbərliyi ilə görüşdə çəkilib. İddialara görə, o, ötən gün bu ölkəyə göndərilib. Tədbirin rəsmi statusuna baxmayaraq, Surovikin bütün görüşlərdə mülki geyimdə olub ki, bu da onun Rusiya Silahlı Qüvvələrinin sıralarından qovulmasını təsdiqləyir.
Kalyasnikov daha sonra əlavə edib ki, "general hələ də Rusiya Müdafiə Nazirliyinin sərəncamındadır”. Eyni zamanda, o, bir gün əvvəl Surovikinin MDB-nin hava hücumundan müdafiə məsələləri üzrə əlaqələndirmə komitəsinin sədri təyin edilməsi ilə bağlı məlumatı "heç də təzə olmayan söhbət" adlandırıb və bunun Surovikin üçün "sosial yük kimi bir şey" olduğunu vurğulayıb.
Bundan əvvəl Surovikinin adının Rusiya Müdafiə Nazirliyinin saytından yoxa çıxdığı bildirilmişdi. Müdafiə departamentinin saytındakı məlumatdan belə görünür ki, onun adı artıq rəhbərlər siyahısında yoxdur. Lenta.ru nəşri bu fakta diqqət çəkib. Media Surovikinin iyunun 24-də Moskvaya yürüş edən "Vaqner”döyüşçülərinə dayandırmaq çağırışı ilə videomüraciətindən sonra ictimai məkanda görünmədiyini yazıb. Əvvəllər mətbuatda generalın saxlanması ilə bağlı məlumatlar yayılsa da, bu məlumat rəsmi təsdiqini tapmayıb. Surovikinin saxlanması da qızı tərəfindən təsdiqlənməyib. Eyni zamanda, Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov qeyd edib ki, general istirahət edir və hələlik başqa yerdədir.
Sentyabrın 4-də internetdə Surovikinin arvadı ilə gəzərkən gün eynəyi taxdığı foto yayılıb. Şəkil Kseniya Sobçakın "Qanlı xanım” Telegram kanalında yayımlanıb.
Alpər
Şərhlər