Bir müddətdir mətbuatda general Rza Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər dərc edilir.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin adını vermək istəmədiyi yüksək rütbəli şəxsi Manset.az-a bildirib ki, Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş idarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması haqda məlumatlar yalandır:
"O hazırda işdədir. Üzərinə düşən işlərlə məşğuldur. Vəzifəsini icra edir. İşdən çıxarılması xəbəri yalandır."
Qeyd edək ki, Rza Talıbov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.
Şərhlər