Xəbər lenti

G20 ölkələri Ukrayna və Qəzzada müharibə ilə bağlı razılığa gələ bilmirlər -
Dünya 11:41 21.02.2024

G20 ölkələri Ukrayna və Qəzzada müharibə ilə bağlı razılığa gələ bilmirlər - "Bloomberg"

G20 ölkələrinin xarici işlər nazirləri bir çox ziddiyyətlərlə üzləşdiyindən geosiyasi məsələlərin müzakirəsini azalda bilər. Əsas müzakirə mövzuları Ukraynada və Qəzza zolağındakı müharibələrdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” mənbələrə istinadən yazır.

Bloomberg-in məlumatına görə, fevralın 21-22-də keçiriləcək görüşdən əvvəl Cənubi Afrika və Braziliyanı təmsil edən rəsmilər bəyan ediblər ki, İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı mövqelərini kommünikedə əks etdirmək istəyirlər - onlar hesab edirlər ki, "fələstinlilər soyqırıma məruz qalırlar”.

Agentliyin həmsöhbətləri bildiriblər ki, ABŞ və Almaniya da daxil olmaqla, G20-nin digər üzvləri belə ifadələrdən imtina ediblər.

Bəzi G20 ölkələri (hansıları göstərilmir) hesab edir ki, görüşdə nazirlər geosiyasi münaqişələri, o cümlədən Ukraynadakı müharibəni müzakirə etməkdən imtina etməlidirlər, çünki "bu məsələdə razılaşma mümkün deyil”.

Bloomberg-in qeyd etdiyi kimi, Braziliya hakimiyyəti artıq jurnalistlərə nazirlərin görüşün yekunları üzrə hesabat verəcəklərini, lakin kommünike təqdim etməyəcəklərini bildiriblər.

Bloomberg-in həmsöhbətlərindən biri bildirib ki, G20 toplantısında "həssas siyasi mövzuların” olmaması tədbirin aktuallığını azaldacaq. Eyni zamanda, o qeyd edib ki, bu, xarici işlər orqanlarının rəhbərlərinə digər məsələlərdə, o cümlədən iqtisadiyyat sahəsində razılığa gəlməyə imkan verəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->