Böyük Britaniyanın baş naziri Rişi Sunak Hindistanda keçiriləcək sammit öncəsi Yeni Dehlidə keçirilən sammitdə G20 ölkələrinin Rusiya-Ukrayna münaqişəsi və iqlim problemi ilə bağlı razılığa gələ bilmədiklərini bildirib. O, fikir ayrılığını Çinin mövqeyi ilə əlaqələndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
"Biz hələ məqsədə çatmamışıq", - Sunak, iştirakçı ölkələr arasında yekun razılaşma haqqında danışarkən deyib. Onun sözlərinə görə, rəsmilər arasında danışıqlar "çətin” gedir.
Qeyd edək ki, sentyabrın 9-10-da Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək G20 sammitdə Çin prezidenti Si Szinpin iştirak etməyəcək. İndoneziyada keçirilən son sammitdə iştirakçılar arasında mübahisəyə yekun bəyannamədə Ukraynadakı hərbi əməliyyatları pisləyən bənd səbəb olub. Çin prezidenti Si Szinpin həmin sammitdə şəxsən iştirak edib.
Bu il Si Szinpini Çin Xalq Respublikasının Dövlət Şurasının katibi təmsil edəcək. Bloomberg qeyd edir ki, Si Szinpin bu dəfə sammitə ABŞ və ev sahibliyi edən Hindistanla münasibətlərin pisləşməsi fonunda sammiti buraxıb.
Bloomberg-in məlumatına görə, ABŞ prezidenti Co Bayden sammitdə Rusiya və Çini dəstəkləyən ölkələr: Braziliya, Hindistan, İndoneziya və Cənubi Afrika Respublikası ilə münasibətləri yaxşılaşdırmağı planlaşdırır.
Nizami Bağırov
Şərhlər