Xəbər lenti

G20 liderlərinin yekun bəyannaməsində Rusiya bəndi...
Dünya 11:37 16.11.2022

G20 liderlərinin yekun bəyannaməsində Rusiya bəndi...

G20-nin ən böyük iqtisadiyyatlarının liderləri Rusiyanın Ukraynaya qarşı təcavüzünü "ən sərt şəkildə pislədiklərini” ifadə edən bəyanat yayıblar.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

İndoneziyada keçirilən Bali sammitinin yekununda təsdiqlənən bəyannamədə deyilir ki, "üzvlərin əksəriyyəti Ukraynadakı müharibəni qəti şəkildə pisləyib və bunun böyük insan iztirablarına səbəb olduğunu və qlobal iqtisadiyyatda mövcud problemləri daha da gücləndirdiyini” vurğulayıb.

Üç diplomatik mənbənin "Reuters”ə verdiyi məlumata görə, bu, G20 blokunun bütün üzvləri tərəfindən təsdiqlənib. Agentliyin məlumatına görə, sənəd çərşənbə axşamı dərc olunan layihə ilə müqayisədə heç bir dəyişiklik edilmədən qəbul edilib.

Bəyannamədə deyilir ki, "vəziyyət və sanksiyalarla bağlı müxtəlif baxışlar və müxtəlif qiymətləndirmələr” olub.

Beynəlxalq hüquqa hörmət edilməlidir və nüvə silahından istifadə təhlükəsi qəbuledilməzdir, liderlər Qara Dəniz Taxıl təşəbbüsünü alqışlayan bəyannamədə bildiriblər.

Üzvlər bu il "bir çox valyutanın əhəmiyyətli dərəcədə dəyişdiyini" etiraf etməklə yanaşı, həddindən artıq məzənnə dəyişkənliyindən qaçmaq öhdəliyini təsdiqləyib.

Xatırladaq ki, G20 liderləri arasında danışıqların ikinci günü Polşaya atılan raketlərlə bağlı xəbərləri müzakirə etmək üçün fövqəladə iclas səbəbi ilə kəsilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->