Milli ÜDM-ə nisbətdə ən yüksək kapitallaşmaya malik şirkətlər Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Argentinada fəaliyyət göstərir. Səudiyyənin neft və qaz şirkəti "Saudi Aramco" G20 ölkələrindən yeganə şirkətdir ki, onun göstəricisi hətta ölkənin ÜDM-ni də üstələyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" açıq statistik məlumatlara istinadən yazıb.
Belə ki, bu həftənin əvvəlində "Saudi Aramco"nun kapitallaşması Səudiyyə Ərəbistanının ÜDM-dən 1,7 dəfə yüksək olub, 1,933 trilyon dollar təşkil edib. Cənubi Koreya şirkəti "Samsung" (379,9 milyard dollar) və Argentina ticarət nəhəngi "MercadoLibre" (82,7 milyard dollar) tərəfindən təmsil olunan ən yaxın izləyicilər yalnız belə biznes miqyasını xəyal edə bilər - birincinin kapitallaşması Cənubi Koreya ÜDM-nin 22%-ni, ikincisi isə Argentinanın ÜDM-nin 14%-dür.
Kapitallaşma baxımından ilk beşliyə həmçinin Fransanın "Moët Hennessy Louis Vuitton" (Fransa ÜDM-nin 13%-i və ya 419,4 milyard dollar), Amerikanın "Microsoft" şirkəti (ABŞ ÜDM-nin 11%-i və ya 3,022 trilyon dollar) və Cənubi Afrikanın texnologiya nəhəngi "Naspers" (10 % və ya 36,2 milyard dollar).
Dünyanın ən böyük mədən şirkəti "BHP Group" Avstraliyanın ÜDM-nin 8%-ni və ya 142,4 milyard dollar dəyərindədir ki, bu da Yaponiyanın "Toyota"sı (315,2 milyard dollar) ilə eyni göstəricidir. İngilis "AstraZeneca" (236,8 milyard dollar) kapitallaşma bir qədər azdır (7%). Kanada bankı "Royal Bank of Canada" (143,2 milyard dollar) və Hindistanın "Reliance Industries" konqlomeratının (231,1 milyard dollar) hər biri 6%-ə malikdir.
G20-nin qalan ölkələrinin ən böyük biznesləri 5 faizlik maneəni aşa bilməyib. Bu, İndoneziyanın "Bank Central Asia” kredit təşkilatının (75,4 milyard dollar), Almaniyanın SAP texnologiya şirkətinin (214,1 milyard dollar) və Braziliyanın neft nəhəngi "Petrobras”ın (108 milyard dollar) kapitallaşmasının ÜDM-ə nisbətidir.
Daha iki kredit təşkilatının - Türkiyə bankı "QNB Finansbank"ın (42,5 milyard dollar) və Rusiya "Sberbank"ının (72,3 milyard dollar) kapitallaşması milli ÜDM-in 4%-ni təşkil edir. İtaliyanın avtomobil nəhəngi "Ferrari" (77,5 milyard dollar) və meksikalı pərakəndə satış şirkəti "Walmex"də (66,8 milyard dollar) bui göstərici 3%-dir. Çin texnologiya nəhəngi "Tencent" isə (444 milyard dollar) milli ÜDM-nin 2%-ni təşkil edir.
G20-dən kənarda başqa bir ölkənin ÜDM-i ən böyük şirkətinin - Danimarkanın tibb nəhəngi "Novo Nordisk"in kapitallaşmasından azdır. Şirkətin kapitallaşması 567,56 milyard dollar təşkil edir ki, bu da ölkənin ÜDM-dən 1,4 dəfə çoxdur.
Aydın
Şərhlər