İtaliya A Seriyasının 32-ci turu çərçivəsində keçirilən "Udineze” – "Roma” matçı ləğv edilib.
Qaynarinfo-nun məlumatına görə, buna "Roma”nın müdafiəçisi Evan Ndikkanın səhhətində yaranan qəfil problem səbəb olub.
Fil Dişi Sahilindən olan 24 yaşlı futbolçu topsuz halda yerə yıxılıb və səhhətində problem yaranıb. Ndikkaya dərhal ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Baş hakim Luka Pairetto hər iki komandanın futbolçuları ilə danışıqlar apardıqdan sonra matçı ləğv edib. Hadisə zamanı matçda hesab 1:1 olub.
"Roma"nın sosial media hesabından da bu barədə məlumat verilib.
Səbuhi Həsənov
Şərhlər