Xəbər lenti

Futbolçusu “Napoli”ni məhkəməyə verməyə hazırlaşır
İdman 17:33 27.09.2023

Futbolçusu “Napoli”ni məhkəməyə verməyə hazırlaşır

Viktor Osimhenin meneceri "Napoli”yə qarşı qanuni addım atmağa hazırlaşır.

Qaynarinfo-nun məlumatına görə, menecer nigeriyalı hücumçuya lağ olunması ilə bağlı iddia irəli sürüb. 

Napoli "TikTok”da Osimhen haqqında istehzalı video paylaşıb. Bu səbəbdən onun meneceri qanuni tədbirlər görməyə hazırlaşır.

İtaliya A seriyasında "Bolonya"nın qonağı olan "Napoli" 0:0 hesabı ilə bitən matçın 72-ci dəqiqəsində penaltini qazansa da, Osimhen fürsətdən yararlana bilməyib. Bu səbəbdən "Napoli” "TikTok” hesabında Osimhenin penalti zərbəsi ilə bağlı istehzalı paylaşım edib. Bu yazı silinsə də, deyəsən, heç də sakitləşməyib.

Osimhenin meneceri Roberto Kalenda X hesabında bunları qeyd edib: "Napoli”nin "TikTok” hesabında baş verənlər qəbuledilməzdir. Viktora istehza edən video yayımlandı və gec də olsa silindi. Viktoru qorumaq və qanuni addım atmaq hüququmuzu özümüzdə saxlayırıq”.

Osimhenin şəxsi İnstaqram hesabında "Napoli” ilə bağlı bütün şəkilləri sildiyi və klubla əlaqələrinin qırılma ərəfəsində olduğu bildirilir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->