Yay transfer dönəmində Fransa "Nant"ına icarəyə verilən "Qalatasaray"ın misirli hücumçusu Mostafa Mohamed təəccüblü şəkildə heyətdən kənarlaşdırılıb.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb komandasının ölkə çempionatında "Tuluza" ilə oynadığı matçda LGBT-yə dəstək məqsədli formanı geyinməyi qəbul etməməsi olub.
Cari mövsüm "Nant"ın heyətində 49 oyun keçirən Mostafa bu müddətdə 11 qola, 5 məhsuldar ötürməyə imza atıb. "Tuluza" ilə qarşılaşmada "Nant" qol vura bilməsə də, məğlub olmayıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.
Misir təmsilçisi "Zamalek"dən "Qalatasaray"a transfer olan Mohamed, ilk mövsümündə meydana çıxdığı 16 oyunda 8 qolla diqqət çəkib. Misir millisinin üzvü ötən mövsüm 27 matçda cəmi 7 qol vura bilmişdi.
Səbuhi Həsənov
Şərhlər