Böyük Britaniyanın "FourFourTwo" nəşri futbol tarixində ən şokedici 32 transferini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, siyahıya "Barselona"dan "Real Madrid"ə keçən Luiş Fiqu başçılıq edir.
İkinci yerdə ingilis Sol Kempbellin "Tottenhem”dən "Arsenal”a keçidi qərarlaşıb.
İlk "üçlüy"ü braziliyalı Neymarın "Barselona"dan PSJ-yə transferi tamamlayır.
Ən şok edici 10 transfer:
Luiş Fiqu (Portuqaliya) - "Barselona"dan "Real Madrid"ə;
Sol Kempbell (İngiltərə) - "Tottenhem"dən "Arsenal"a;
Neymar (Braziliya) - "Barselona"dan PSJ-yə;
Karlos Teves və Xavyer Maskerano (hər ikisi Argentina) - "Korintians"dan "Vest Hem"ə;
Erik Kantona (Fransa) - "Lids"dən "Mançester Yunayted"ə;
Roberto Baggio (İtaliya) - "Fiorentina"dan "Yuventus"a;
Kevin Kiqan (İngiltərə) - "Hamburq"dan "Sautqempton"a;
Lüter Blisset (İngiltərə) - "Uotford"dan "Milan"a;
Endi Koul (İngiltərə) - "Nyukasl”dan "Mançester Yunayted”ə;
Rikardo Villa və Osvaldo Ardiles (hər ikisi Argentina) - "Rasinq" və "Hurakan"dan "Tottenham"a.
Aydın
Şərhlər