Xəbər lenti

FTB Kraliça Elizabetə qarşı sui-qəsd planlarının sənədlərini açıqladı
Dünya 09:44 27.05.2023

FTB Kraliça Elizabetə qarşı sui-qəsd planlarının sənədlərini açıqladı

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) İngiltərə kraliçası II Elizabetin 1983-cü ildə Amerikaya səfəri zamanı planlaşdırılan sui-qəsdin sənədlərini paylaşıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, FTB-nin açıqladığı sənədlərdə kraliçanın ABŞ-a səfəri ilə bağlı məlumatlar və mümkün sui-qəsd planlarının təfərrüatları yer alıb.

Sənədlər kraliçanın İrlandiya Respublika Ordusunu (IRA) təhlükə kimi qəbul etdiyini və federal agentlərə sui-qəsd ehtimalı barədə xəbərdarlıq etdiyini göstərir.

Kraliça Elizabet və əri şahzadə Filipin səfərdən təxminən bir ay əvvəl sui-qəsdlə bağlı xəbərdar edildiyini bildirən sənədlərdə San-Fransiskoda İrlandiya barında bir adamın "öldürülən qızı üçün qisas almaq" istədiyinə dair kəşfiyyat məlumatları yer alıb.

Sənədlər şübhəlinin Qızıl Qapı körpüsünü keçərkən və ya Yosemit Milli Parkını ziyarət edərkən kraliçaya zərər verməyi planlaşdırdığını göstərir.

Sözügedən 102 səhifəlik sənəd medianın tələbi ilə ABŞ-ın İnformasiya Azadlığı Qanununa əsasən bu həftə FTB-nin saytında dərc edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->