Xəbər lenti

FT: 2024-cü ildə Tramp seçkidə uduzacaq, X iflasa uğrayacaq
Dünya 19:20 31.12.2023

FT: 2024-cü ildə Tramp seçkidə uduzacaq, X iflasa uğrayacaq

ABŞ prezidentliyinə namizəd Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gəlməyəcək və X şirkəti (keçmiş "Twitter" 2024-cü ildə müflis olacaq. 

Qaynarinfo xəbər verir ki, bu proqnozla "Financial Times" çıxış edib.

Nəşr qeyd edir ki, Tramp bir daha Amerika prezidenti olmayacaq. Lakin o, Men və Kolorado ştatlarında namizədliyin qarşısında duran hüquqi maneələri dəf edə bilsə, seçki çox gərgin yarışla yadda qalacaq.

Nəşrin müəllifi iddia edir ki, istənilən halda Co Bayden prezidentlik yarışında qalib gələcək.

FT həmçinin iddia edir ki, sahibkar İlon Maska məxsus X şirkəti iflasla üz-üzədir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->