Serbiya prezidenti Aleksandr Vuçiç Fransanın nüvə enerjisi sahəsində əməkdaşlığın bir hissəsi olaraq Serbiyada radioaktiv tullantılar saxlayacağı ilə bağlı siyasi opponentlərin iddialarını rədd edib.
Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Prezidentin sözlərinə görə, siyasi opponentlər ictimai sferaya daim əsassız şübhələr yaradır və ittihamlar səsləndirirlər.
"Fransanın EDF enerji şirkəti ilə elan olunmuş əməkdaşlıq, nüvə enerjisindən istifadə etməklə elektrik enerjisi ilə təmin edilməsi üzrə elan edilmiş layihələr, Fransanın nüvə tullantılarının Serbiyada yerləşdirməli olacağı anlamına gəlirmi? Bu o qədər axmaq və mənasızdır ki, sözüm yoxdur", deyə Vuçiç bildirib.
O qeyd edib ki, EDF ilə dialoqa başlamaq onun ideyası olub. Serbiya prezidenti onu Fransanı kifayət qədər elektrik enerjisi ilə təmin etməyi bacaran ən güclü Avropa şirkətlərindən biri adlandırıb:
"Bizim keçmiş Yuqoslaviyada həmişə qorxaq və axmaq serb rəhbərliyi olub. Ona görə də xorvatlar və slovenlər bizi aldatdılar ki, Krşko atom elektrik stansiyasının tikintisi ilə bağlı riskləri öz üzərlərinə götürəcəklər, amma əslində 50-60 il ərzində özlərini təmiz elektrik enerjisi ilə təmin edirdilər.
Krşko Atom Elektrik Stansiyası (NEK) 1983-cü ildə işə salınıb, keçmiş Yuqoslaviya ərazisində yeganə atom elektrik stansiyası idi. 2023-cü ilin oktyabrında o mühafizə qabığının içərisində aşkar edilmiş sızma səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. Fövqəladə vəziyyətin ətraf mühit üçün təhlükə yaratmadığı bildirilib. Həmin ilin noyabrında atom elektrik stansiyası yenidən işə başlayıb. Stansiyanın resursu 2023-cü ilə qədər hesablanıb, lakin onun rəhbərliyi fəaliyyətini 2043-cü ilə qədər uzadıb.
Aprel ayında Serbiya lideri məlumat vermişdi ki, ölkə rəhbərliyi nüvə enerjisi məsələsində ən böyük AES operatoru olan EDF dövlət şirkəti ilə strateji danışıqlara başlayıb. Həmin ay Serbiya nümayəndə heyəti Fransanın dövlət enerji şirkəti ilə anlaşma və çərçivə yaradılması haqqında memorandum imzaladı. Sənəd energetika sahəsində uzunmüddətli dialoq üçün bağlanıb.
Aydın
Şərhlər