Xəbər lenti

Fransalı ulduz onu hədələyən maskalı şəxslərə 100 min avro ödəyib
İdman 23:12 19.04.2023

Fransalı ulduz onu hədələyən maskalı şəxslərə 100 min avro ödəyib

Həm meydanda, həm də meydandan kənarda çətin günlər keçirən Fransa millisinin futbolçusu Pol Poqba üzləşdiyi xoşagəlməz hadisələrdən danışıb.

Qaynarinfo-nun məlumatına görə, Poqba haqqında danışılan oğurluq planı ilə bağlı məhkəmədə ifadə verib və bunun sağlamlığına necə təsir etməsindən danışıb. Fransalı ulduz qardaşı Matiasın 11 milyon funt-sterlinq məbləğində oğurluq planında yer almaqda ittiham olunub və üç ay həbsdə qalıb. Qardaşı fransalı futbolçu haqqında iddialar səsləndirdiyi videonu yayımlayaraq böyük səs-küyə səbəb olmuşdu.

"L'Equipe"də yer alan xəbərə görə, Poqba açıqlamasında "Uzun müddət bütün bunları heç kimə deyə bilmədim. Hadisə mənim bədənimə, xüsusən də zədələrimə çox təsir etdi. Mən də problemlərimi Fransa millisindəki menecerimlə bölüşdüm", deyib.

Bundan başqa yarımmüdafiəçi onu hədələyən silahlı və maskalı dəstəyə 100 min avro ödədiyini bildirib. Ancaq yenə də ona qarşı hədələrin davam etdiyini və onların dostlarına, ailəsinə zərər verəcəklərindən qorxduğunu açıqlayıb.

Poqba zədə səbəbindən 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında iştirak edə bilməyib. Fransız yarımmüdafiəçi "Yuventus"a qayıtdıqdan sonra 4 oyunda  cəmi 46 dəqiqə meydanda olub. 

Poqbanın gələn yay transfer pəncərəsində komandanı tərk edəcəyi deyilir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->