Fransa çempionatında xoşagəlməz hadisə yaşanıb.
Qaynarinfo-nun məlumatına görə, "Nant" - "Nitsa" matçından əvvəl baş verən zorakılıq nəticəsində meydan sahiblərindən birinin azarkeşi bıçaqlanıb. "Nant"dan verilən açıqlamada azarkeşin klubun stadionu yaxınlığında "ölümcül yaralandığı" bildirilib. "L'Equipe" nəşrinin məlumatına görə, azarkeş "Nant"ın əsas tərəfdar qrupu "Briqada Luara"nın üzvü olub. Klubun açıqlamasında 31 yaşlı tərəfdarın kürəyindən aldığı bıçaq zərbəsindən sonra həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirdiyi bildirilib. Bununla yanaşı prokurorluğun qəsdən adam öldürmə faktı ilə bağlı araşdırma açıldığı vurğulanıb. Prokurorluq da "Nant" azarkeşinin bıçaqlandığını təsdiqləyib.
Qarşılaşma "Nant"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Səbuhi Həsənov
Şərhlər