Nigerdə yerləşdirilən Fransa qüvvələri bir həftə ərzində ölkəni tərk edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə AFP agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat
yayıb.
Fransız qoşunlarının çıxarılmasını hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Nigerin yeni hökuməti tələb edir.
"Bir həftə ərzində çıxarılma əməliyyatına başlayacağıq, hər şey nizamlı şəkildə, təhlükəsizlik şəraitində və Nigerlə koordinasiya ilə həyata keçiriləcək" - Fransa Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Qeyd edək ki, Fransa sentyabrın 24-də qoşunlarını Nigerdən çıxarılacağını və səfir Silven İttenin geri çağırıldığını elan edib. Bundan əvvəl Nigerdəki üsyan təşkilatçıları hərbçilər tərəfindən təyin edilən Nigerin xarici işlər naziri ilə görüşməkdən imtina etdiyindən səfir Silven İttedən ölkəni tərk etməyi tələb edib.
Nigerdə 1,5 minə yaxın fransız hərbçisi yerləşdirilib. İyulun 26-da ölkədə bir qrup hərbçi hakimiyyətə gəlib. Üsyan nəticəsində onlar prezident Məhəmməd Bazumu deviriblər. Hakimiyyətə gəldikdən sonra üsyançılar radikal islamçılarla mübarizə aparmaq üçün ölkədə yerləşdirilən hərbi personalın olması ilə bağlı Fransa ilə razılaşmanı denonsasiya etmək qərarına gəliblər.
Nizami Bağırov
Şərhlər