Xəbər lenti

İdman 12:55 14.09.2024

"Formula 1": "Alpin" pilotu Bakıda uğursuzluqla üzləşdi

"Alpin" komandasının pilotu Esteban Okon Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

"Report"un məlumatına görə, üçüncü sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.

Onun avtomobili trasda dayanıb, nəticədə qırmızı bayraq qaldırılıb. Qısa fasilədən sonra sınaq yürüşü davam etdirilib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->