Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı nəzərdə tutulan parlament seçkilərində yenidən namizədliyini irəli sürəcək.
Bu barədə Qaynarinfo-ya sədrin özü məlumat verib. O, namizədliyini hazırda deputat olduğu dairədən irəli sürəcvəyini bildirib:
"Hələ ki, müzakirələr gedir. Güman edirəm ki, yenə həmin dairədən namizədliyimi irəli sürəcəyəm".
Fəzail Ağamalı partiya üzvlərinin də seçkidə iştirakının vacibliyini vurğulayıb:
"Namizədlərimiz müəyyənləşib. Dairələrin əksəriyyətindən namizədlərimiz olacaq".
Qeyd edək ki, Fəzail Ağamalı 1995-ci ildən deputatdır. O, 1995-ci ildə 39 saylı Sumqayıt ikinci, 2000-ci ildə 30 saylı Yevlax, 2005, 2010, 2015 və2020-ci il seçkilərində isə 60 saylı Salyan-Neftçala seçki dairəsindən mandat qazanıb.
Bahar Rüstəmli
Şərhlər